“Bayraktar Akıncı” PAU-ları Ukraynadakı zavodda yığılacaq

2022/10/4fd89-1664652230.jpg
Oxunub: 678     23:22     01 Oktyabr 2022    
Ukraynada tikiləcək “Baykar” zavodunda “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatları (PUA) yığılacaq.

Ordu.az “Espreso.tv”-yə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar bəyan edib.

“Ukraynadakı “Baykar” zavodunda həm mövcud “Bayraktar TB2” pilotsuz uçan aparat modeli, həm də hələ Ukraynaya təhvil verilməyən “Bayraktar Akıncı” modeli yığılacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, baş verən hadisələrə baxmayaraq, Ukraynada “Baykar” zavodunun tikilməsi üzrə işlər davam edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb. Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

Ukrayna 2023-cü ilin sonunda “Bayraktar” tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bayraktar  


Bizi "telegram"da izləyin