Almaniya Ukraynaya HHM sistemi tədarük edəcək

2022/05/Germa-1652525029.jpg
Oxunub: 602     22:41     01 Oktyabr 2022    
Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynanın Odessa şəhərinə gizli səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Die Welt” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü zamanı almaniyalı nazir ölkəsinin “IRIS-T SLM” hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

“Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir", - Lambrecht bildirib.

Almaniya Müdafiə Nazirliyi tviterdə onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib. “Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, - nazirlik bildirib.

Raket, infraqırmızı görüntü axtaran başlığı sayəsində gecəgündüz və hər cür hava şəraitində işləyə bilir. Raket Almaniyanın rəhbərliyi altında 6 iştirakçı ölkənin əməkdaşlığı ilə ərsəyə gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin