Aİ-nin ali nümayəndəsi: “Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil”

2022/09/1663833165.jpg
Oxunub: 417     20:01     01 Oktyabr 2022    
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına münasibət bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil:

“Kiyevin alyansa qoşulmaq istəyi başa düşülə bilər, lakin bu, hazırda əsas məsələ deyil. Hazırda daha vacib olan Ukraynanın müdafiə qabiliyyətini saxlamaqdır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin