Ərdoğan: "Azərbaycanın zəfərindən sonra bölgədə daimi sülh üçün ümid yaranıb"

2022/09/1663733719.jpg
Oxunub: 372     16:28     01 Oktyabr 2022    
Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsində zəfərindən sonra bölgədə daimi sülh üçün bir ümid yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

O qeyd edib ki, Türkiyənin Azərbaycana “Şuşa bəyannaməsi” ilə təcəssüm edilən dəstəyi son dərəcə qiymətlidir.

“Ortaya çıxan yeni vəziyyətin bölgədə qalıcı sülh və hüzurun təmin edilməsi üçün üzərimizə düşəni edirik. Təyin etdiyimiz xüsusi nümayndələr vasitəsi ilə Ermənistanla münasibətlərimi yeni bir səviyyəyə daşıma iradəmizi ortaya qoyduq. Ermənistan ona təklif olunan sülh fürsətini yaxşı dəyərləndirməlidir”, - deyə o vurğulayıb.

Ərdoğan Praqada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün baş tuta biləcəyini də xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin