Şoyqu: "Rusiyada qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq"

2021/10/51155-1634992609.jpg
Oxunub: 358     16:38     01 Oktyabr 2022    
Rusiyada davam edən qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq.

Ordu.az xəbər verir ki. bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, dövlət akkreditasiyası olan kommersiya universitetlərinin tələbələrinin də qismən səfərbərliyə cəlb olunmayacağını söyləyib.

"İndi prezidentin fərmanına əlavələr hazırlanıb. Bilirsiniz ki, prezidentin sərəncamına əsasən, dövlət universitetlərinin tələbələri səfərbərlikdə iştirak etmirlər", - deyə Şoyqu vurğulayıb.

Rusiya MN başçısı onu da qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib: "Ona görə də biz istəməzdik ki, müxtəlif növ çatışmazlıqlar olsun. Məhz bu səbəbdən payız çağırışı noyabrın 1-nə keçirilib".

Rusiyalı nazir əmin edib ki, hərbi xidmətə çağırışın başlama vaxtının dəyişdirilməsi ehtiyatda olan hərbçilərin tərxis olunma müddətinə təsir etməyəcək: "Hərbi çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən uşaqlar evlərinə qayıtmağa başlayacaqlar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin