MDB ölkələrinin kəşfiyyat rəhbərlərinin görüşünə Ermənistandan demarş – BAXIŞ BUCAĞI

2018/05/456_1525847752.jpg
Oxunub: 743     17:21     01 Oktyabr 2022    
ABŞ-da işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirdiyi barədə məlumat verib. Armen Qriqoryan görüşün təfərrüatlarını açıqlamayıb. 2022-ci ilin iyulunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri regional səfər çərçivəsində Ermənistana gəlmişdi. Uilyam Börnsün səfərindən iki gün sonra Rusiya kəşfiyyatının rəhbəri Narışkinin Ermənistanda olmasını da xatırlamaqda fayda var. Şübhə yox idi ki, Narışkinin səfəri məhz Börnsün regional səfəri haqqında məlumat əsasında planlaşdırılıb.

Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki (ABŞ) mənzil-qərargahında görüşü MDB ölkələrinin kəşfiyyat rəhbərlərinin Rusiyada keçirilən görüşü fonunda baş tutur. Moskva hətta Putin səviyyəsində Qərbin MDB ərazisində yeni sabitlik ocaqları yaratmaq niyyəti və planlarından narahatlığını ifadə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə dövlətlərin Cənubi Qafqazdakı fəaliyyətinin əleyhinə çıxış edib, bunu vəziyyətin sabitliyini pozmaq niyyəti və riski çərçivəsində qiymətləndirib.

Bu yolla Rusiya sabitliyi pozma planlarını ABŞ-a aid etməklə, hər hansı niyyətini “gizlətməyə” və ya haqq qazandırmağa çalışır, yoxsa Moskva Qafqazda “ikinci cəbhə”nin yaranması risklərindən narahatdır?

Moskvanın bu məsələdə Ukrayna müharibəsindən qaynaqlanan ciddi problemlərinin olduğu aşkardırsa, deməli diplomatik “cəbhə” baxımından da ciddi həssaslıqları var. Ermənistan təbii olaraq buna ən həssas və açıq ölkədir, çünki hazırkı hakimiyyət Kremlə qarşı heç də birmənalı və müsbət mövqedə deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Putin   Kəşfiyyat  


Bizi "telegram"da izləyin