Dünya Nüvə Müharibəsinin bir addımlığında – Rasional ehtimal ölçüsü yoxdur

2022/05/_1236-1651667702.jpg
Oxunub: 811     17:59     01 Oktyabr 2022    
Rusiya Ukraynanın 4 bölgəsinin ilhaqı prosesini başa çatdırır. Sentyabrın 30-da Kreml sarayında ilhaqın sənədləşdirilməsi həyata keçirildi. Oktyabrın 3-də Rusiya Dövlət Dumasında ratifikasiya gözlənilir. Rusiya separatçı Luqansk və Donbasdan əlavə, Zaporojye vilayətinin bir hissəsini və Xerson vilayətini ilhaq edib. Bütün bunlar Luqansk və Donbasla birlikdə faktiki olaraq Rusiya ərazisi elan edilən Ukrayna ərazisinin təxminən 20 faizini təşkil edir. Bu isə o deməkdir ki, Rusiya həmin ərazilərə Moskva və ya Rostova yanaşdığı kimi yanaşmalıdır.

Rusiya prezidenti Putin bir neçə gün əvvəl açıq mətnlə bəyan edib ki, ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiya bu müddət ərzində hələ istifadə etmədiyi daha güclü silahlarla cavab verəcək: “Bu, blef deyil”. Bu gün dünya Putinin blef edib-etmədiyini intensiv şəkildə müzakirə edir.

Bu müzakirələr təkcə güclü silahlar kontekstində deyil, nüvə silahından istifadə imkanları kontekstində aparılır. Rusiya cavab verir ki, bunlar Qərbin manipulyasiyasıdır. Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanallarında müəyyən şəraitdə Rusiyanın nüvə silahından istifadə hüququndan açıq şəkildə danışır. Bir məqamda aşağıdakı fakt önə çıxır. Əgər Rusiya Ukrayna ərazisinin iyirmi faizinə öz ərazisi kimi iddia edirsə və qanuni olaraq Rusiyaya “mənsubdur”sa, burada bir neçə senaridən danışmaq olar. Ya Ukrayna uzun-uzadı müharibədən sonra buna dözür və hakimiyyət xalqın qəzəbinə tuş gəlir, ya Kiyev Qərbin dəstəyi ilə əraziləri hərbi yolla geri alır və Putin həqiqətən ağır məğlubiyyətə düçar olur, ya da Rusiyada inqilab hazırlanır və Putin devrilir, sonra hakimiyyətə gələcək qüvvələr ictimai legitimlik şəraitində əraziləri Ukraynaya qaytarır. Hansı ssenarinin daha çox ehtimal olunduğunu söyləmək çox çətindir, xüsusən də nəzərə alsaq ki, Ukrayna müharibəsinin telləri fərqli və ziddiyyətli strategiyalara malik qurumların əlindədir.

Rusiya öz xeyrinə olmayan ssenarilərlə hərəkətə keçə bilər. Eyni zamanda, nüvə təhlükəsini yaradan da məhz bu reallıqdır, çünki küncə sıxışdırılmış Putin ən gözlənilməz addımlara əl ata bilər. Belə vəziyyətdə Putin Rusiyanın daxili elitasının qurbanına çevrilə bilərmi? Faktiki olaraq, istənilən sayda ssenari mümkün olduqda və onlardan heç biri üçün praktiki olaraq heç bir rasional ehtimal ölçüsü olmadıqda hər şey mümkündür və hazırkı vəziyyəti çətinləşdirən də budur. Bu vəziyyətin həm də bizim region üçün, regionun təhlükəsizlik sistemi üçün hansı təhlükələri ehtiva etdiyini söyləməyə ehtiyac yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin