Ermənistan hücuma hazırlaşır?

2019/01/6456-1548761496.jpg
Oxunub: 1420     16:23     01 Oktyabr 2022    
Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Arakel Martikyan bildirib ki, Ermənistan ordusuna ərazi bütövlüyünü bərpa etmək əmri verilib. Bu açıqlama sosial şəbəkələrdə və mətbuatda Ermənistanın hərəkət keçəcəyi barədə müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu barədə yerli mətbuata açıqlama verib.

O bildirib ki, Baş Qərargah rəisinin müavini Ermənistan Silahlı Qüvvələrinin əsas missiyasının ümumi təsvirini verib: “Bu ifadədə qeyri-adi və ya yeni heç nə yoxdur. Heç bir işarə və ya gizli alt mətn axtarmağa ehtiyac yoxdur. Baş Qərargah rəisinin müavini Arakel Martikyan silahlı qüvvələrin əsas missiyasından danışıb”.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin