Erməni politoloq: “2018-ci ildə hakimiyyətin özü beynəlxalq sərhəd nəzarəti mexanizmlərindən imtina edib”

2022/10/1664610946.jpg
Oxunub: 528     15:28     01 Oktyabr 2022    
“2016-cı ildə baş verən Aprel döyüşlərindən sonra Vyana, Peterburq və Cenevrə sazişləri imzalandı və bu sazişlərə əsasən atəşkəsə nəzarət mexanizmləri tətbiq edilməli idi. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra bu barədə danışılmadı”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poğosyan deyib.

O xatırladıb ki, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti Azərbaycanla təmas xəttində beynəlxalq müşahidəçilərin olmamasından şikayətlənsə də, bu ideyanı həyata keçirə bilməyib.

“Bəs ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Vyana, Peterburq və Cenevrə razılaşmaları olmayıbmı? Bu xətti indiki vəziyyətə gətirmək əvəzinə davam etdirmək, sonra isə əvvəlki gündəmə qayıtmağa çalışmaq lazım idi. Bütün bunlar beynəlxalq ictimaiyyət eyni danışıqlar masası arxasına oturub Qarabağ məsələsinin həllini tapmağa çalışdığı zaman edilməli idi”, - deyə Poğosyan bildirib.

Onun fikrincə, Rusiyanın maraqlarından irəli gələn istənilən ideya Qərbin etirazına səbəb olacaq.

“Rusiya-Gürcüstan münaqişəsi zamanı biz bir-birini tamamlayan xarici siyasət çərçivəsində Ermənistan-Gürcüstan münasibətlərini yüksək səviyyədə saxlaya bildik. ABŞ və İran arasında kəskin qarşıdurma zamanı biz amerikalılarla münasibətləri müəyyən qədər inkişaf etdirə bildik. Amma bu gün biz xarici siyasəti “başqalarının maraqları hesabına” prinsipi əsasında aparırıq. Ermənistanın qlobal məğlubiyyəti zamanı biz tərəf seçmək məcburiyyətində qala bilərik ki, bu da 7 milyonluq erməni diasporunun parçalanmasına gətirib çıxara bilər”, - deyə erməni politoloq bildirib.

Poqosyan hesab edir ki, ABŞ İranla əməkdaşlığın aktivləşəcəyi təqdirdə dərhal reaksiya verəcək.

Onun sözlərinə görə, Rusiya da öz növbəsində bütün Cənubi Qafqazın tək onun nəzarəti altında olmasını istəyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin