“Hraparak”: Andranik Köçəryan və bir qrup Rusiya əleyhinə olan siyasətçilər nəyi müzakirə ediblər?

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 458     14:20     01 Oktyabr 2022    
Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan KTMT-dən çıxmaq məsələsini müzakirə etmək üçün bir qrup Rusiya əleyhinə olan siyasətçiləri ofisində qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, qapalı müzakirədə “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan, politoloqlar Ruben Mehrabyan, Hovsep Xurşudyan, Tehmine Yenokyan, Azat Arşakyan və başqaları iştirak ediblər.

“Təxminən 2 saat davam edən görüşdə Andranik Köçəryan KTMT-nin faydasız struktur olması, Ermənistanın orada olmasının ölkəni Qərb dövlətlərinin dəstəyindən məhrum etməsi ilə bağlı səslənən bütün fikirləri heç bir fərq qoymadan bəyəndiyini bildirib. O bildirib ki, indiki vəziyyətdə KTMT-dən çıxmaq prosesinə başlamaq düzgün deyil, ölkənin təhlükəli dönəmdə olduğu vaxt buna ehtiyac yoxdur”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin