“Joğovurd”: Qarabağla bağlı növbəti danışıqlarda Ermənistan olmayacaq

2022/08/1659960780.jpg
Oxunub: 687     13:49     01 Oktyabr 2022    
Sentyabrın 28-də Ermənistan parlamentində baş nazir Nikol Paşinyanla “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları arasında görüş kifayət qədər gərgin keçib.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr Paşinyanla nə müzakirə edildiyini öyrənmək üçün iki gün ərzində deputatlardan şərh istəyib. Deputatlar isə mətbuata görüşlə bağlı heç bir şərh vermirlər.

“Ermənistanda insanların ölkənin müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığı artsa da, İrəvan sakinləri hər an növbəti güllənin başlarına düşəcəyini gözləyirlər, buna baxmayaraq hökumət nümayəndələri balıq kimi susur və ölkədə qorxu yaradırlar”, - deyə nəşr bildirib.

Nəşr öz mənbələrinə istinadən yazır ki, görüşdə ciddi suallar var idi, hər kəs Paşinyana ciddi və narahat sima ilə sual verməyi öz müqəddəs borcu hesab edirdi.

“Hərbi vəziyyətin elan edilməsindən söhbət getmir. Paşinyan komanda yoldaşlarının diqqətinə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkədən silah gətirməsinə qarşı çıxmır. O, həmçinin sevinclə bildirib ki, hazırda bir neçə ölkə ilə silahların alınması ilə bağlı ilkin razılaşmalar var. Amma o, hansı ölkələrdən söhbət getdiyimizi açıqlamayıb”, - deyə nəşrin mənbəsi bildirib.

Məlumata görə, görüşdə KTMT-dən çıxmaq və Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmaq imkanlarından da danışılıb. Paşinyan lap əvvəldən vurğulayıb ki, Rusiyaya qarşı sərt ola bilməzlər, çünki bu, qazın qiymətinə yenidən baxılmasından tutmuş buğdanın idxalına qədər bir sıra iqtisadi “şapalaqlara” başa gələ bilər.

“Ancaq onlar Rusiyanı incidə biləcəkləri fikrini ifadə edərək, açıq şəkildə “biz də qəzəblənməyi bilirik” deyə ifadə ediblər. Təbii ki, bir neçə dəfə vurğulanıb ki, ruslarla vidalaşmaqdan söhbət gedə bilməz”, - deyə nəşr qeyd edib.

“Joğovurd” qəzetinin məlumatına görə, görüş zamanı vurğulanıb ki, danışıqlar məsələsi Qarabağdakı separatçıların öhdəsinə buraxılmalıdır: “Başqa sözlə, güman etmək olar ki, Qarabağ məsələsi ilə bağlı növbəti danışıqlarda Ermənistan orada olmayacaq. Görünür, bu, Qarabağ-Rusiya-Azərbaycan formatında baş tutacaq””

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin