Ermənistan Müdafiə Nazirliyi daha hansı həqiqəti gizlədir?

2019/12/pasht-3151762346.jpg
Oxunub: 548     13:11     01 Oktyabr 2022    
Ermənistan hökumət və hərbi idarənin nümayəndələri son toqquşma zamanı Azərbaycanın hansı döyüş mövqelərini ələ keçirdiyini açıqlamır.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr bununla bağlı Ermənistan Müdafiə Nazirliyinə rəsmi sorğu göndərib.

Ermənistan Müdafiə Nazirliyi sorğuya demək olar ki, heç bir cavab verməyib.

“Hazırda lazımi tənzimləmə, müqayisə və təhlil işləri davam etdirilir, onların nəticələri ilə bağlı müvafiq məlumatlar təqdim olunacaq”, - deyə Nazirlik bildirib.

Yəni son toqquşmadan 17 gün keçsə də, Müdafiə Nazirliyi hələ də təhlil edir. Faktiki olaraq Ermənistan Müdafiə Nazirliyi həqiqəti gizlədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yalan  


Bizi "telegram"da izləyin