Baş prokuror: "Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddialarda sübutlardan istifadə olunur"

2022/10/1664606011.jpg
Oxunub: 319     10:01     01 Oktyabr 2022    
Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib: "Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur: “Buna baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsləri tapdıq və istintaqa cəlb etdik”.

Baş prokurorun sözlərinə görə, Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub: “Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə olunan sübutlardan istifadə olunub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin