ABŞ Ukraynaya tank verilməsini istisna etmir

2021/07/M1_Ab-1625898379.jpg
Oxunub: 430     08:35     01 Oktyabr 2022    
ABŞ Ukraynaya hərbi yardım qismində tank verilməsini istisna etmir, lakin bu barədə hələ ki, rəsmi məlumat verməyə hazır deyil.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Jurnalistlərin Kiyevə tankların, o cümlədən “Abrams” modelinin verilməsi ilə bağlı sualına cavab olaraq Sallivan bildirib ki, bu barədə rəsmi elan vermək mümkün deyil. Lakin Ukraynaya tankların çatdırılacağına dair ehtimallar mövcuddur.

Müşavir qeyd edib ki, gələn həftə Ukraynaya hərbi yardımın detalları açıqlanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin