Ekvatorial Qvineya Beynəlxalq Ədalət Məhkəməsində Fransaya qarşı iddia qaldırıb

2020/10/74efc-1602908805.jpg
Oxunub: 478     09:01     01 Oktyabr 2022    
Ekvatorial Qvineya Fransanı korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iş iddia qaldırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Haaqada yerləşən məhkəməyə istinadən məlumat yayıb.

"Ekvatorial Qvineya Fransaya qarşı BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasından irəli gələn öhdəliklərin bu ölkə tərəfindən pozulduğu iddiasıyla bağlı mübahisə ilə bağlı məhkəmə iddiası qaldırır", - məhkəmə bildirişində deyilir.

İşin mahiyyəti hələ açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   Fransa  


Bizi "telegram"da izləyin