Avropa İttifaqı Şurası: Heç vaxt Rusiyanın keçirdiyi “referendum"ları tanımayacağıq

2020/10/AI-ba-1602943665.jpg
Oxunub: 504     17:56     30 Sentyabr 2022    
“Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum"ları heç vaxt tanımayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının (AİŞ) bəyanatında deyilir.

Bildirilir ki, biz Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni "referendum"ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq: "Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik ola bilməz. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq”.

AİŞ qeyd edir ki, Rusiyanın hərəkətlərinə qarşı olan məhdudlaşdırıcı tədbirləri, eləcə də ona qarşı təzyiqləri artıracaq.

“Avropa İttifaqı Ukraynanı tamamilə dəstəkləyir və nə qədər lazımdırsa Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, - bəyanatda vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya  


Bizi "telegram"da izləyin