Litva Ukrayna üçün kamikadze dronlar alır

2022/05/Rafae-1652423765.jpg
Oxunub: 456     17:24     30 Sentyabr 2022    
Litva Ukrayna üçün kamikadze dronlar alır.

Ordu.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas "Twitter"də bildirib.

“Bu gün biz Ukrayna üçün kamikadze dronların alınmasına dair müqavilə imzaladıq. Polşanın “WB Group” şirkətindən Litva vətəndaşları tərəfindən bağışlanan 1 milyon avroya biz iki tam dəst pilotsuz uçuş aparatını alıb, Ukraynaya təhvil verəcəyik. Bura dronlarla yanaşı, buraxılış, idarəetmə avadanlığı və döyüş sursatları da daxildir”, - Litvanın müdafiə naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ukrayna  


Bizi "telegram"da izləyin