Ordu.az xəbər verir ki, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Bu, onların BMT Nizamnaməsində təsbit olunmuş ayrılmaz hüququdur”, - Putin vurğulayıb.
Putin Sovet İttifaqının saxlanması ilə bağlı 1991-ci ildə keçirilmiş referendumu xatırlayıb: “Milyonlarla insanın iradəsinə zidd olaraq bizim böyük ölkəmiz parçalandı. Sovet İttifaqı yoxdur, keçmişi qaytarmaq olmaz və müasir Rusiyanın buna ehtiyacı yoxdur, biz buna çalışmırıq”.
Ordu.az