Polis əməkdaşlarına Rusiyanı tərk etmək qadağan edilib

2022/09/56fbc-1664542826.jpg
Oxunub: 463     16:45     30 Sentyabr 2022    
Polis əməkdaşlarına Rusiyanı tərk etmək qadağan edilib.

Ordu.az xəbər verir ki, məlumatı “dw” yayıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyinin, o cümlədən qadın əməkdaşların rəhbərliyin təsdiqi olmadan ölkədən çıxışı qadağandır.

Məlumata görə, daxili işlər naziri Vladimir Kolokoltsev bu barədə sentyabrın 23-də uyğun sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən hərbi səfərbərlik elan edib. Bu məhdudiyyət sentyabrın 21-dək xaricə səyahət etmək üçün bileti və ya yol vərəqəsi olanlara şamil edilməyəcək. Bundan başqa, bildirilib ki, dövlət sirlərinə çıxışı olan polis əməkdaşları pasportlarını təhvil verməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polis   Rusiya  


Bizi "telegram"da izləyin