KİV: Aİ Rusiyaya qarşı 8-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəlib

2022/06/1654628774.jpg
Oxunub: 386     16:41     30 Sentyabr 2022    
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı təklif olunan 8-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəlib.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə üç diplomatik mənbə bildirib.

Mənbələrin verdiyi məlumata görə, bu gün Brüsseldə Aİ-yə üzv ölkələrin səfirləri sanksiyalar paketini müzakirə edib və ilkin razılığa gəliblər. Amma yekun təsdiqin gələn həftəyə gözlənildiyi bildirilir.

Diplomatik mənbələr bildirib ki, sanksiyalar paketinin tətbiqi üçün blokun bütün üzvləri (27 ölkə) bunu dəstəkləməlidir və əgər fikir ayrılıqlarını aradan qaldırmaq çətin olsa, məsələ blokun liderlərinin oktyabrın 6-7-də Praqada keçiriləcək görüşündə müzakirə olunacaq.

Qeyd edək ki, Macarıstan Aİ-də Rusiyaya qarşı sanksiyaların ən kəskin tənqidçisidir. Son sanksiyalar paketi ilə bağlı Macarıstan hökumətinin sözçüsü bildirib ki, əgər yeni sanksiyalar enerji sahəsini də ehtiva edərsə, Macarıstan bunu dəstəkləməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin