Britaniyanın Baş naziri: "Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”

2022/02/777-1645341194.jpg
Oxunub: 404     15:42     30 Sentyabr 2022    
“Biz Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Tras tviterdə yazıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazilərini ilhaq etməklə beynəlxalq hüququ növbəti dəfə pozub: “Rusiyanın döyüş maşınını sıradan çıxarmaq üçün sanksiyalar tətbiq etmək də daxil olmaqla, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin