Mustafa Şentop: “ATƏT-in Minsk qrupu sinifdə qalıb”

2022/02/97fd3-1645867168.jpg
Oxunub: 455     15:09     30 Sentyabr 2022    
Azərbaycanla torpaqlarını işğal edən Ermənistan arasında problemin həlli üçün ATƏT-in Minsk qrupuna daxil olan ölkələr problemin həlli məsələsində sinifdə qaldılar.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, Türkiyə beynəlxalq hüquqa qaynaqlanan haqlarının qorunmasında hər zaman Azərbaycanın yanında olub və bundan sonra da yanında olmağa davam edəcək.

Şentopun sözlərinə görə, Türkiyə regionda sülhün bərqərar olması üçün səy göstərdiyi halda, həmkarı, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana təxribat xarakterli səfər edib. Türkiyə Parlamentinin sədri N. Pelosinin səfərinin bölgə sülhünə xələl gətirə biləcəyini də əlavə edib.

“Təəssüf ki, bu səfər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində işğalçı kimi qələmə verilən Ermənistanı beynəlxalq hüquqa zidd davranışlara təşviq etməkdən başqa bir məqsədə xidmət etməyəcək”, - deyə o bildirib.

M. Şentop Pelosinin Ermənistanda olduğu zaman böyük bir heyətlə Azərbaycana səfər etməyi planlaşdırdığını, lakin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ölkə xaricində olması səbəbindən bu səfərin baş tutmadığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ATƏT  


Bizi "telegram"da izləyin