Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib

2022/09/30942-1664535583.jpg
Oxunub: 333     14:35     30 Sentyabr 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandan Qərargahının növbəti iclasını keçirib.

Ordu.az istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat Xidməti məlumat yayıb.

İclasda Ukrayna ərazilərinin işğaldan azad edilməsi planı nəzərdən keçirilib.

Bundan başqa, qoşun komandirləri cəbhədəki vəziyyətlə bağlı təqdimatlarla çıxış ediblər.

Ali Baş Komandan Qərargahının üzvləri Ukrayna ordusunun silah-sursatla təmin olunması məsələsinə də baxıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin