Yunanıstan “Archytas” adlı yerli PUA-sını təqdim edib

2022/09/1664535464.jpg
Oxunub: 485     17:20     30 Sentyabr 2022    
Yunanıstan yerli istehsal etdiyi “Archytas” adlı PUA-sını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, PUA ilk dəfə 2022-ci ilin sentyabrında keçirilən Beynəlxalq Saloniki Sərgisində təqdim olunub.

Şaquli qalxma və enmə qabiliyyətinə malik sabit qanadlı PUA Yunan Aerokosmik Sənayesi, Aristotel, Tessali və Demokrit universitetləri arasında bağlanan müqavilə çərçivəsində hazırlanıb.

PUA həm hərbi əməliyyatlar zamanı, həm də axtarış-xilasetmə missiyalarında istifadə oluna bilər. Şirkət bildirir ki, “Archytas” Yunanıstana quru və dəniz sərhədləri boyunca situasiya xəbərdarlığı təmin edə bilər, eyni zamanda quru nəqliyyat vasitələrinə nəzarət edə, freqatları müşayiət edə və yüksək sürətlə hərəkət edən dəniz vasitələrini aşkar edə bilər.

Müşahidə və kəşfiyyat fəaliyyətləri Egey dənizi üçün xüsusilə əhəmiyyətli bir məsələdir. NATO-nun iki üzvü olan Yunanıstan və Türkiyə bir müddətdir ki, Egey dənizində və üzərində hava məkanı və fəaliyyətləri ilə bağlı problemlər yaşayırlar.

PUA-nın 120 km/saat kreyser sürəti ilə 300 kilometrə qədər uçuş məsafəsinə malik olduğu bildirilir.

İstehsalçı tərəfindən təqdim edilən “Archytas” PUA prototipinin ilk uçuşunu 2022-ci ilin oktyabr ayının sonunda edəcəyi açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Archytas   Yunanıstan  


Bizi "telegram"da izləyin