Türkiyə və Qazaxıstan kosmos sahəsində əməkdaşlıq edəcək

2022/09/tusas-1664535431.jpg
Oxunub: 424     16:49     30 Sentyabr 2022    
Türkiyənin TUSAŞ şirkəti Qazaxıstanda fəaliyyət göstərən “Kazsat” və “Ghalam” şirkətləri ilə kosmos sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ rəsmi “Twitter” hesabında məlumat yayıb.

Bildirilir ki, “Kazsat” və “Ghalam” şirkətləri ilə peyk və kosmik sahədə uzunmüddətli strateji əməkdaşlığın qurulmasına dair imzalanan memorandum Türkiyəyə və Türk xalqına faydalı olacaq.

Bundan əvvəl TUSAŞ şirkəti Qazaxıstanla PUA sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. TUSAŞ ilə Qazaxıstan Mühəndislik şirkəti arasında imzalanan anlaşma memorandumu ilə “Anka” PUA-ları Qazaxıstanda birgə istehsal ediləcək. Birgə istehsalla yanaşı, texniki xidmət və təmir prosesləri də daxil olmaqla, texnologiya transferi məsələlərində əməkdaşlıq ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Türkiyə  


Bizi "telegram"da izləyin