Pakistan “Bayraktar TB2” PUA-larından aktiv şəkildə istifadə edir

2022/09/1664535393.jpg
Oxunub: 666     14:49     30 Sentyabr 2022    
Pakistan Hərbi Hava Qüvvələri “Bayraktar TB2” PUA-larından aktiv şəkildə istifadə edir.

Ordu.az xəbər verir ki, Pakistanda keçirilən təlimlərdə PUA-lar J-10C, F-16, JF-17 “Thunder” qırıcıları ilə yanaşı istifadə edilib.

Təlimlərdə Pakistan istehsalı “Uqab” PUA-ları, ABŞ istehsalı C-130 nəqliyyat təyyarəsi də iştirak edib.

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı marşal Zahir Əhməd Baber Sidhu təlimi izləyib. Pakistan Hərbi Hava Qüvvələrinə görə, təlimin məqsədi müasir konsepsiyaları təsdiqləmək üçün əks hava əməliyyatları tətbiq etməkdir. Təlimdə Pakistan Hərbi Hava Qüvvələri və Pakistan ordusunun hava hücumundan müdafiə vasitələrinin inteqrasiyasına diqqət yetirilib.

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” ilk dəfə təlimdə nümayiş etdirilib. Tədarük edilən “Bayraktar TB2”də elektro-optik sistem olaraq “Hensoldt ARGOS II HD/HDT”dən istifadə edildiyi görünüb. Eyni sistem əvvəllər Türkmənistana ixrac edilən “Bayraktar TB2” sistemlərində də olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Pakistan  


Bizi "telegram"da izləyin