Hindistan qısa mənzilli HHM sistemini sınaqdan keçirib

2022/09/1664535245.jpg
Oxunub: 485     17:45     30 Sentyabr 2022    
Hindistan Müdafiə Nazirliyi ölkənin Müdafiə, Araşdırma və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanmış qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, sınaq Hindistanın Odişa şəhərindəki Çandipur İnteqrasiya Sınaq Sahəsində baş tutub.

Hindistanın müdafiə naziri Racnat Sinq uğurlu sınaq atışlarından sonra DRDO və digər şirkətlərin səylərini yüksək qiymətləndirib. Nazir bu çərçivədə hazırlanmış raketin Hindistan Silahlı Qüvvələrinə daha çox texnoloji dəstək verəcəyini bəyan edib.

VSHORADS adlı raket sınaq zamanı uğurla sübut edilmiş bir çox yeni texnologiyaları, o cümlədən miniatürləşdirilmiş Cavab İdarəetmə Sistemini (RCS) və inteqrasiya olunmuş avionikanı özündə birləşdirir. Qısa məsafələrdə aşağı hündürlükdəki hava təhlükələrini zərərsizləşdirmək üçün nəzərdə tutulmuş raket qatı yanacaq mühərrikindən istifadə edir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: VSHORADS   Hindistan  


Bizi "telegram"da izləyin