Rumıniya Cənubi Koreyadan tank və artilleriya sistemləri almaq istəyir

2022/09/1664535195.jpg
Oxunub: 432     16:33     30 Sentyabr 2022    
Rumıniya müdafiə naziri Vasile Dincu Seulda keçirilən “DX Korea 2022” Beynəlxalq Müdafiə Sərgisində Cənubi Koreyanın müdafiə naziri Li Conq-upla görüşüb.

Ordu.az xəbər verir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması və inkişaf etdirilməsi məqsədilə niyyət məktubu imzalanıb.

İmzalanan məktubla hər iki tərəf bir çox məsələdə birgə hərəkət etmək barədə razılığa gəlib.

Bu çərçivədə Rumıniya Cənubi Koreyada yerləşən “Hyundai-Kia Automotive Group” şirkətindən K2 “Black Panther” tankları və artilleriya qurğuları almaq istəyir.

K2 tankları Polşa və Norveçə ixrac edilib. Tanklar ilk dəfə 2009-cu ilin oktyabrında Seul hava limanında keçirilən müdafiə sərgisində nümayiş etdirilib.

Tankın əsas silahı Cənubi Koreyada lisenziya əsasında hazırlanan Almaniya istehsalı olan 120 mm çaplı L55 hamar lüləli silahdır. Tank əlavə olaraq 7,62×51 mm-lik koaksial pulemyot və 12,7×99 mm çaplı “M2-Browning K6” ağır pulemyotu ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin