Türkiyə Nigeriyaya “Songar” PUA-ları tədarük edib

2022/09/Asisg-1664535178.jpg
Oxunub: 455     15:40     30 Sentyabr 2022    
Türkiyənin “Asisguard” şirkəti Nigeriyaya “Songar” PUA-ları ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə “DefenceTurk” nəşri yazıb.

Bildirilir ki, Türkiyədə ötən il keçirilən SAHA EXPO-2021 sərgisində şirkət kvadrakopter tipli PUA-ların ixracı üçün Afrika ölkəsi ilə müqavilə imzalayıb.

PUA-ların Nigeriya polisi tərəfindən istifadə olunacağı bildirilir. Sistemlərin təhvil verilməsi peosesi 15 sentyabr 2022-ci ildə tamamlanıb.

“Asisguard” şirkətinin baş direktoru Mustafa Barış Düzgün bundan əvvəl bildirib ki, “Songar” PUA-ları 2 ölkəyə ixrac edilib: “3 fərqli ölkə ilə ciddi danışıqlarımız var, müqavilənin imzalanması mərhələsindəyik”.

O, açıqlamasında yeni ixracın da yaxın olduğunu bildirib. Yuxarıda qeyd olunan ixracatda “Songar” faydalı yük kimi AR15 əsaslı 5,56 mm-lik pulemyot daşıyacaq. Qarşıdakı dövrdə müxtəlif faydalı yüklərə malik “Songar” sistemlərinin də ixracı düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nigeriya  


Bizi "telegram"da izləyin