“Boxer” zirehli texnikalarına 120 mm-lik minaatanlar quraşdırılıb

2022/09/1664535134.jpg
Oxunub: 340     12:46     04 Oktyabr 2022    
Britaniya ordusunun 8×8 təkər formullu “Boxer” zirehli döyüş maşılarına ilk dəfə 120 mm-lik minaatanlar quraşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “UK Defence Journal” nəşri yazıb.

Bildirilir ki, sistemlərin inteqrasiyası “BAE Systems” və Almaniyanın “Rheinmetall AG” şirkətlərinin yaratdığı “Rheinmetall BAE Systems Land” (RBSL) birgə müəssisəsi tərəfindən həyata keçirilib.

Zirehli texnikaya quraşdırlan minaatan sistemləri sınaqdan keçirilib. “Boxer” avtomobillərinə inteqrasiya edilmiş minaatan sistemində ilk atışlar 120 mm-lik mərmilərlə həyata keçirilib.

Atışlar zamanı 81 mm-lik minaatan mərmiləri atılmasa da, sistem çoxməqsədli və çaplı silahlardan hər hansı birinin əməliyyat tələbləri çərçivəsində istifadəsinə imkan verir. Ümumiyyətlə, sistemin dizaynı və inteqrasiyası Telfordda yerləşən RBSL mühəndisləri tərəfindən həyata keçirilirib və bu qabiliyyətin sürətli istehsalı bir sıra sənaye tərəfdaşları ilə sıx əməkdaşlıq etməklə mümkün olub.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boxer   Britaniya  


Bizi "telegram"da izləyin