Rusiya “Soobrazitelni” korveti ilə sualtı qayıqlara qarşı döyüş təlimi keçirib

2022/09/1664535069.jpg
Oxunub: 441     15:22     30 Sentyabr 2022    
Rusiya donanması Baltik dənizində “Soobrazitelni” korveti ilə sualtı qayıqlara qarşı döyüş təlimi keçirib.

Ordu.az xəbər verir ki, təlimlərdə Ka-27PL sualtı gəmi əleyhinə helikopterlər də istifadə olunub.

Qeyd olunan təlim ssenarisindən asılı olaraq, radar və sonar vasitəsilə düşmənin sualtı qayıqlarının aşkar edilərək məhv edilməsi üzrə təlimlər keçirilib. Korvet həmçinin nüvə, bioloji, kimyəvi təhlükələrdən qorunma, o cümlədən dəniz minalarının məhv edilməsi, radiodalğaların pozulması və dəniz/hava hədəflərinə artilleriya atəşinin aparılması üzrə təlimlər keçirib.

“Sterequşçi” (Layihə 20380) Rusiya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış korvetlər sinfidir. Almaz Mərkəzi Dəniz Dizayn Bürosu tərəfindən layihələndirilən gəmilər “Zaslon-Redut” hava hücumundan müdafiə sistemini daşıyır.

Korvetlərin subasımı qabiliyyəti 2200 ton, uzunluğu 104,5 metr, eni 13 metr, sürəti 27 düyün, hərəkət məsafəsi 3800 dəniz milidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soobrazitelni   Rusiya  


Bizi "telegram"da izləyin