Erməni ictimai xadim: “Rusların Ukraynaya görə silah qıtlığı yaşadığı iddia edilir, lakin silahlar 2021-ci ilə qədər çatdırılmalı idi”

2022/09/1664534686.jpg
Oxunub: 575     12:25     01 Oktyabr 2022    
“200 milyon dollarlıq silah alqı-satqısının olması və silahların çatdırılmaması məsələsi yeni deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Qayane Abrahamyan özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, rusların Ukraynada müharibə səbəbindən silah qıtlığı yaşadığı iddia edilir: “Lakin artıq alınmış silahlar 2021-ci ilə qədər çatdırılmalı idi”.

Abrahamyan bildirib ki, Ermənistana qarşı tükəndirmə müharibəsi aparılır.

“Prosesin uzunmüddətli məqsədi Ermənistanın suverenliyini ləğv etmək, onu Putinin ittifaq dövlətinin bir hissəsi etməkdir və bu, daxildən tükənmə halında mümkündür.

Bundan əlavə, bu tükənmə prosesi təkcə hərbçilər tərəfindən deyil, həm də hibrid müharibənin klassik təzahürləri ilə həyata keçirilir: ictimaiyyətin ümidsizliyi, döyüşün mümkünsüzlüyü barədə daimi çağırışlar, xaotik vəziyyət, bomba həyəcanları, alternativsizlik manipulyasiyaları və s. Məsələn, onlar deyir ki, Rusiya olmasa, Ermənistan türk vilayətinə çevriləcək. Son aylarda və günlərdə 5-ci kolonun aktivləşməsi heç də təsadüfi deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Ermənistan  


Bizi "telegram"da izləyin