Erməni tarixçi: “Ermənistan-Türkiyə dialoqu çıxılmaz vəziyyətdədir”

2022/07/1657628039.jpg
Oxunub: 527     10:34     01 Oktyabr 2022    
“Ermənistan-Türkiyə dialoqu bu gün mahiyyətcə çıxılmaz vəziyyətdədir”.

Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Nelli Minasyan deyib.

O qeyd edib ki, mövcud rəsmi bəyanatlarda hansı dərin proseslərin getdiyi barədə çox az məlumat var.

“Amma deyə bilərik ki, Türkiyə daha iki ilkin şərt irəli sürüb: Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizi məsələsi. Ermənistan və Türkiyə ilə bağlı bütün proseslər geosiyasi kontekstdə yerləşdirilməlidir. Bu gün Cənubi Qafqaz bütün aspektlərdə böyük münaqişənin mərkəzindədir”, - deyə Minasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin