Hindistan silahları Ermənistana hansı ölkələrin ərazilərindən ötürülə bilər? – İki versiya var

2022/09/100-6-1664429434.jpg
Oxunub: 2760     19:34     30 Sentyabr 2022    
“EconomicTimes” yazır ki, Hindistan Ermənistanla raket, mərmi və sursat tədarükü üçün kifayət qədər böyük sifariş imzalayıb. Mənbənin sözlərinə görə, iki ölkə hökumətləri bu ayın əvvəlində fasiləsiz silah və sursat tədarükünü təmin edən bir sıra dövlətlərarası sazişlər imzalayıb. Ermənistan Hindistandan müasir “Pinaka” raketləri və tank əleyhinə silahlar alacaq.

Bu sövdələşmə erməni ictimaiyyətində böyük həvəslə qarşılanıb, lakin sual hələ də açıq qalır: bu silah Ermənistana hansı yolla gələcək?

44 günlük müharibə zamanı mətbuatda bəzi silah növlərinin İran üzərindən Ermənistana gəlməsi ilə bağlı yazılar dərc olunub. 2020-ci ilin iyulunda Gürcüstan Ermənistana silahların öz ərazisindən Serbiyadan gətirildiyi barədə məlumatları rəsmən təkzib edib. Müharibə zamanı Tbilisi bəyan edib ki, onun ərazisindən münaqişənin heç bir tərəfinə silah verilməyəcək.

İran əsilli erməni siyasi şərhçi Movses Keşişyan hesab edir ki, bu, aşkar şəkildə bəyan edilməyəcək, lakin İran silahların öz ərazisi ilə Ermənistana ötürülməsinə etiraz etməyəcək. “İran hesab edir ki, bu, Ermənistanın haqqıdır. Xüsusilə, Tehranın sərhəd təhlükəsizliyinin onun üçün “qırmızı xətt” olduğunu dəfələrlə bəyan etdiyindən xəbərdarsınız. İran öz sərhədini “qırmızı xətt” hesab edirsə, təbii ki, ona da o sərhədi qorumağa icazə verilməlidir”, - deyə o bildirib.

Keşişyanın fikrincə, Ermənistanın indiki mərhələdə başqa silah tədarükçüləri axtarması təbiidir: “KTMT üzərinə düşən öhdəlikləri yerinə yetirmir, Rusiya müvafiq addımlar atmır, ona görə də Ermənistan dost ölkələrə üz tutmalıdır”.

Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan hesab edir ki, seçim iki ölkə arasındadır: Gürcüstan və ya İran, başqa variant yoxdur: “Alınan ölkədən asılı olaraq müxtəlif qərarlar qəbul edilə bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pinaka   Ermənistan  


Bizi "telegram"da izləyin