Erməni ictimai xadim: “Yeni proseslər 44 günlük müharibədən daha ağır nəticələrə gətirib çıxaracaq”

2022/09/1-n24-1664534265.jpg
Oxunub: 689     16:27     30 Sentyabr 2022    
“Mövcud olan sərt yanaşmalar və onların ətrafında formalaşan siyasət indi sanki dəyişir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Suren Sahakyan deyib.

O bildirib ki, müharibənin qarşısının alınması prosesində bir çox adam uğursuz olub.

“Mən adlar çəkə bilərəm, administrasiyaları qeyd edə bilərəm, lakin ümumiyyətlə, siyasi düşüncə zəifdir. Belə baxsaq, hamımız günahkarıq və hələ də bəzi səhvlərə yol veririk, çünki hansısa dəyişikliklərə, siyasi dəyişikliklərə ictimai tələb yoxdursa, bu dəyişikliklər baş vermir və ya çətin olur. İctimaiyyət bizi təhlükəsiz edəcək yeganə şəxsin meydana çıxmasını gözləyə bilməz”, - deyə Sahakyan qeyd edib.

O vurğulayıb ki, yeni proseslər 44 günlük müharibədən daha ağır nəticələrə gətirib çıxaracaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin