Ermənistanın keçmiş BQ rəisi: “Rusiya keçmişdə bizə silah satırdı, nəinki satırdı, hətta pulsuz verirdi”

2019/12/movse-1576663701.jpg
Oxunub: 985     17:00     30 Sentyabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqlərin Ermənistana silah verməsinin qarşısını almağa çalışır.

Ordu.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakopyan bu barədə danışıb.

O qeyd edib ki, Rusiya Ermənistana vaxtı ilə yaxşı silahlar satıb.

“Rusiya vaxtilə böyük məmnuniyyətlə bizə yaxşı satıb, nəinki satıb, pulsuz da verib”, - deyə Hakobyan bildirib.

Erməni general deyib ki, dövlətlər münasibətləri yaxşı olan və güvəndikləri dövlətlərə silah satırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin