Erməni deputat: “Silahların əldə edilməsi prosesi kifayət qədər problemlidir”

2022/09/64271-1664533983.jpg
Oxunub: 510     16:42     30 Sentyabr 2022    
“Silahların əldə edilməsi prosesi kifayət qədər problemlidir, daşınması və müttəfiqlərin tapılması, eləcə də keyfiyyətli silahların alınması baxımından çox böyük problemlər var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim fraksiyasının deputatı Armen Xaçatryan deyib.

O bildirib ki, Ermənistan müttəfiqlərdən və digər ölkələrdən silah əldə etmək üçün kifayət qədər iş aparır.

Ermənistan hökumətinin İranla siyasi və ya hərbi baxımdan əməkdaşlıq etməməsi, İrandan silah almaması ilə bağlı ittihamlara gəlincə, Xaçatryan deyib ki, İranla hansı formatlarda danışıqlar aparıldığını, İrandan gözləntilərin nə olduğunu barədə danışmaq istəmir.

“İran bizim dost və qonşu ölkəmizdir, onunla strateji əlaqələrimiz var və İranı nəzərdən qaçırmaq sadəcə mümkün deyil. Əmin olun ki, İranla bir çox məsələlər müzakirə olunur. Biz İranla əlaqələrimizə böyük əhəmiyyət veririk və bu istiqamətdə işlər aparılır”, - deyə deputat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin