“Müttəfiqlərin bizə silah verməməsi ilə bağlı iddialar absurddur” - Danielyan

2021/08/Danie-1629536245.jpg
Oxunub: 474     16:09     30 Sentyabr 2022    
“Ermənistanın İrandan silah almasına nə mane olur? ABŞ-dan sanksiya təhlükəsi varmı? Ölkəniz pis vəziyyətdədirsə, o zaman kimin nə etdiyinə baxmamalısınız”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O qeyd edib ki, mütəffiqlərin Ermənistana silah satması ilə bağlı Paşinyanın iddiaları absurddur.

“Müttəfiqlərin bizə silah verməməsi ilə bağlı iddialar absurddur. Bu, Ermənistanın indiki hakimiyyətinin iradəsizliyinin təzahürüdür”, - deyə Danielyan bildirib.

O əmindir ki, silahlanma problemi həmişə həll oluna bilər, çünki bu, siyasətdir: “Əgər silah satmayan ölkələr varsa, maraqları üst-üstə düşdüyü üçün buna hazır olan başqa ölkələr də var. Zəngəzurda hərbi təlimlər keçirilməli, Ermənistanla İran arasında münasibətlər yaxınlaşmağa doğru getməlidir.

Təhdidlərə diqqət yetirməyə ehtiyac yoxdur, onlar bu halda ikinci dərəcəli əhəmiyyət kəsb edirlər. Diaspor Nazirliyinin ləğvi və Ermənistanın İranla əməkdaşlığa alternativ olmadığına dair ABŞ-a hökm göndərilməsi təsadüf idimi? Ermənistan hakimiyyətinin bu aləti də məhv edilib”, - deyə Danielyan qeyd edib.

Erməni politoloqun sözlərinə görə, Rusiyaya Ermənistan-Azərbaycan arasındakı məsələnin indi yox, gələcəkdə həll olunması lazımdır.

“Çünki Ermənistan Qarabağdan imtina etsə, orada sülhməramlıların olmasının mənası olmayacaq. Onda Gümrüdəki Rusiya bazası da mənasını itirəcək. Bundan əlavə, Moskvaya dəhlizin onun nəzarətində olması lazımdır, çünki dəhliz qlobal geosiyasi dəyişikliklərə səbəb ola bilər. ABŞ isə öz növbəsində Rusiyanın zəifləməsini, daha sonra onun nəzarətinə keçəcək regionu tərk etməsini istəyir”, - deyə ekspert bildirib.
O qeyd edib ki, Azərbaycanın Ermənistana təzyiqləri davam edə bilər: “İctimai müqaviməti qırmaq, xalqı sülh müqaviləsinin şərtləri ilə barışmağa məcbur etmək üçün bu təzyiqlər indiki hakimiyyətə də sərfəlidir”.

Danielyan vuğulayıb ki, Azərbaycana dəhliz lazımdır, bunun nəticəsində Ermənistan bütün Zəngəzuru itirəcək, oradan qaz və neft kəmərləri keçəcək: “Bu proqramın arxasında Azərbaycanı dəstəkləyən güclü qüvvələr dayanır. Bakı 2020-ci ildə bildi ki, diplomatik çətiri var. Onun təzahürü Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyması idi. Azərbaycan indi kart-blanş alıb. Qərb ölkələri bəyanatlardan başqa heç nə etmirlər, sanksiyalar tətbiq etmirlər. Bu, vahid siyasi xəttdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   İran  


Bizi "telegram"da izləyin