Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.
Məlum olduğu kimi, Ermənistanın baş naziri hökumətin iclasında Ermənistanın silah əldə etmə problemlərindən danışıb. O bildirib ki, hətta müttəfiqlər də silahla bağlı vədlərini yerinə yetirmir. Onun sözlərinə görə, Ermənistanın kifayət qədər maliyyə imkanları olsa da, müttəfiqlər silah satmağa hazır deyil.
Kopirkin Rusiya Federasiyasının Ermənistanın silah almasına icazə verib-verməməsi barədə sualı cavabsız qoyub: “Mənim bu suala cavab verməyə səlahiyyətim yoxdur”.
O, bu barədə məlumatı nə təkzib, nə də təsdiq edib.
Alpər Mövludoğlu
Ordu.az