Ermənistan MN və MTX Azərbaycan kəşfiyyatçıları barədə iddialara cavab verə bilmir

2020/10/13174-1603088731.jpg
Oxunub: 551     15:13     30 Sentyabr 2022    
Bir müddət əvvəl Ermənistan iddia edib ki, guya Azərbaycan onun ərazisinə bir neçə kəşfiyyat dəstəsi göndərib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Joğovurd” nəşri bununla bağlı Ermənistan Müdafiə Nazirliyinə və Milli Təhlükəsizlik Xidmətinə sorğular göndərib.

İddianı Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib. Nəşr iddia olunan dəstələrin tapılıb-tapılmadığını soruşub.

Nəşr bildirir ki, Ermənistan Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti konkret və məqsədyönlü cavabdan yayınıb.

“Diversiya dəstələrinin ölkəyə soxulmasına və bundan irəli gələn hər cür fəsadlara cavabdeh olan iki idarə ya uğursuzluğa düçar olub, ya da yalan danışırlar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Diversiya  


Bizi "telegram"da izləyin