Ukraynaya qarşı hansı İran PUA-larından istifadə edilir? – ARAŞDIRMA

2022/10/1665045441.jpg
Oxunub: 736     15:25     06 Oktyabr 2022    
Rusiyanın Ukraynada İran istehsalı “Şahed-136” PUA-larının vurulduğunu bildirir. Rusiya bu ilin əvvəlində PUA-ları sınaqdan keçirmək üçün İrana nümayəndə heyətləri göndərib və ilk PUA-ların avqust ayında Rusiyaya gəldiyi iddia edilir. Rusiyanın onları bu qədər tez işə sala bilməsi təəccüblüdür.

Rusiya Ukraynanın əks-hücumu ilə üzləşib və Moskva Ukraynaya qarşı mübarizədə ya qeyri-rus xalqını, ya da texnikanı qurban verməyə üstünlük verir, eyni zamanda Moskva səfərbərlik elan edib.

Hələ iyul ayında Rusiyanın İran PUA-larını araşdırdığına dair xəbərlər yayılışdı. Avqustun 6-da Rusiya artıq PUA-ları cəbhə bölgəsinə yerləşdirmişdi. Sentyabrın 7-də ABŞ Rusiyaya PUA-ların istehsalı və göndərilməsi ilə məşğul olan İran firmalarına sanksiya tətbiq etdi.

Söhbət hansı PUA-lardan gedir? Məlumatlara görə, Rusiya İranın “Şahed” PUA-larının 129, 171 və 191 modelləri ilə maraqlanıb. 191 böyük “Delta” qanad formalı PUA-dır və 129 konfiqurasiyası “Predator” PUA-larına bənzəyir.


“Mohajer-6”nın da Rusiyaya göndərildiyi barədə xəbərlər yayılıb. ABŞ avqustun əvvəlində rusların PUA-larla təlim keçdiyini bildirib. İran PUA-ları işlək olubmu? Onlar sərt mühitdən bütöv çıxacaqlarmı və Rusiya onları yerli olaraq istehsal edəcəkmi?

Ukraynanın məlumatında vurulan PUA-ların komponentlərinin fotoşəkilləri göstərilir. PUA-ların hissələri “Şahed-136”nın bir hissəsinə bənzəyir. Bu PUA maşına quraşdırılan buraxılış qurğusundan buraxılır və hədəfə kamikadze tipli hücum etmək üçün nəzərdə tutulub. 2021-ci ilin yanvarından verilən məlumata görə, İran Yəməndəki husi qiyamçılarına da oxşar PUA-lar göndərib. İran həmçinin “Mohajer” sistemlərini Efiopiya və Venesuelaya satıb.

Qurğunun qalıqlarında kiril əlifbası “М214 Geran-2” yazılıb. Sistem Kiyevin şərq cəbhəsində Xarkov ətrafında vurulub. Bu məlumatlar Rusiyanın hücumunda İranın rolunu üzə çıxarmaq üçün vacibdir. Tehran əvvəllər bu münaqişədə daha neytral görünsə də, indi İran və Rusiya daha yaxın müttəfiq olublar. Rusiya Qərbin sanksiyalarından qurtulmaq üçün İrandan, İran isə bunun müqabilində Rusiyadan istifadə etmək istəyir.

Rusiya da İrana Qərblə İran razılaşması üzrə danışıqlarda kömək edir. Bu arada İran Rusiya ilə birlikdə Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib.

İranın PUA ixracı vacibdir, lakin bu, Rusiyanın Ukraynadakı problemlərini həll etməyəcək. PUA-lar təkbaşına müharibələrdə qalib gəlmir və Rusiyanın nə qədər PUA aldığı bəlli deyil.

Rusiya nə edə bilər?

Rusiya PUA-lardan Ukraynanın elektrik şəbəkəsi kimi strateji infrastrukturları və ya hətta ABŞ-ın təchiz etdiyi silahları hədəfə almaq üçün istifadə edə bilər. PUA üzərində kiril əlifbasının olması onun üzərində hansısa rus detalının olması deməkdir. Bu, Rusiyanın həmin PUA-ları istehsal edə və ya standartlaşdıra biləcəyi deməkdir? Bunu zaman göstərəcək.

Habelə İran Tacikistanda PUA fabriki tikib və ola bilsin ki, PUA istehsalını Rusiyaya da ötürə bilər.

İranın Rusiyaya edilmiş PUA ixracının aşkarlanması vacibdir, çünki bu, İranın bütün dünya ölkələrini təhdid etmək üçün cəzasız olduğuna inandığını göstərir. Məsələn, İran Albaniyaya qarşı kiberhücumlarda iştirak edir. Monteneqroya edilən son kiberhücumların arxasında Rusiyanın da olduğu iddia edilir.

Rusiya və İran birlikdə Qərbə qarşı çoxsaylı hücumlarda iştirak edirlər. İsrail İranın “Hizbullah”ı dəstəkləməsindən narahatdır və buna görə də İranın Ukraynaya zərər vurmaqda rolu artan təhlükəni nümayiş etdirir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   İran  


Bizi "telegram"da izləyin