Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.
O, müxtəlif raket mühərriki texnologiyalarının sınaqdan keçirildiyini bildirib. O qeyd edib ki, MUFA-nın ilk versiyası ilə 2025-ci ildə orbitə mikropeyk buraxılacaq.
Mikropeykləri aşağı yerin orbitinə yerləşdirəcək MUFA üç versiyadan ibarətdir. İlk versiya 100 kiloqram faydalı yükü 300 kilometr hündürlüyə çatdıracaq. İkinci MUFA 400 kilometr hündürlükdə aşağı yer orbitində 100 kiloqramlıq mikro peyklər yerləşdirə biləcək. Üçüncü versiyada 200 kiloqramlıq mikropeyklərin 550 kilometr yüksəklikdə aşağı yer orbitində yerləşdirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az