“Yaponiyanın PUA sahəsində ehtiyaclarını qarşılaya bilərik” - Çavuşoğlu

2021/09/16030-1632758422.jpg
Oxunub: 486     18:24     30 Sentyabr 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir Abe Şinzonun dəfn mərasimi üçün Yaponiyaya səfəri zamanı bu ölkənin mətbuatının suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, o, Yaponiya ilə xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında danışıb.

“Əgər Yaponiya PUA və ya digər müdafiə sənayesi məhsulları almaq istəyirsə, ehtiyaclarını qarşılaya bilərik. Digər Asiya ölkələri də hazırda çox maraqlıdır, xüsusilə Malayziya və İndoneziya bizim müdafiə sənayesi məhsullarına böyük maraq göstərir, müqavilələr imzalanır”, - deyə o bildirib.

“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar Yaponiyanın “NikkeiAsia” nəşrinə müsahibəsində “Bayraktar TB3”ün “Izumo” sinifli çoxməqsədli helikopter daşıyıcılarında istifadə üçün uyğun olduğunu bildirib.

Yaponiyanın F-35B tipli döyüş təyyarələrini yerləşdirmək üçün dəyişdirilmiş “İzumo” sinifli helikopter daşıyıcıları bu sinifdəki qısa uçuş-enmə zolağı gəmiləri üçün hazırlanmaqda olan “Bayraktar TB3” üçün uyğun platforma hesab edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Türkiyə  


Bizi "telegram"da izləyin