Rusiyanın arsenalında hansı nüvə silahları var? – ARAŞDIRMA

2022/10/1664612364.jpg
Oxunub: 1276     17:23     01 Oktyabr 2022    
Rusiya prezidenti Vladimir Putin ölkəsini qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyini açıqlayıb. Putin əvvəllər Rusiyanın nüvə imkanları ilə bağlı təhdidlər səsləndirirdi, lakin bu dəfə o, bu sözləri Ukraynada döyüşmək üçün 300 000-ə qədər ehtiyatda olan hərbçinin səfərbər edilməsi zamanı deyib.

Bəs Rusiyanın arsenalında olan nüvə silahları hansılardır?

Döyüş başlıqları

Rusiya 6000-ə yaxın nüvə başlığına sahib olduğunu iddia edir. Bu da onu dünyada ən böyük ehtiyata malik ölkəyə çevirir.

Bəziləri artıq yerləşdirilib, yəni ballistik raketlərin üstündə, ya da təyyarələrə yüklənməyə hazır bazalarda anbardadır, bəziləri ehtiyatda saxlanılır, digərləri isə artıq xidmətdə deyil və istismardan çıxarılmağı gözləyir.

Qitələrarası ballistik raketlər (QABR)

Bunlar dünyanın istənilən nöqtəsinə çata bilən onlarla döyüş başlığı daşıya bilən ən uzun mənzilli ən güclü raketlərdir. QABR-lar münaqişədə istifadə edilmək üçün nəzərdə tutulmasa da, onlar Rusiyanın “strateji çəkindirmə qüvvəsi” kimi tanınan qüvvələri təşkil edir.

Balistik raket daşıyan sualtı qayıqlar

“Borey” sinfi kimi balistik raket daşıyan sualtı qayıqlar nüvə sualtı gəmilərindən ballistik raketlərə quraşdırılmış nüvə silahlarını daşıya bilmələri ilə fərqlənir. Bu gəmiləri izləmək və aşkarlamaq çox çətindir.

Həmçinin Rusiyanın arsenalında “Poseidon” adlı sualtı platformalar var, bunlar texniki cəhətdən sualtı qayıq deyil, nüvə enerjisi ilə işləyən sualtı insansız vasitədir. Nüvə enerjisi praktiki olaraq gəmini səssizləşdirir və ölümcül edir.

Qısa və orta mənzilli raketlər

“Kalibr”, “Kinjal” və “İskəndər” raketləri strateji analoqlarından daha az güclüdür və adi bombalar kimi istifadə olunur, hədəfləri məhv edir. Ekspertlər və analitiklər Putinin Ukraynaya və digər düşmənlərə qarşı bu raketlərdən istifadə edəcəyini (buna qədər nüvə başlığı olmadan istifadə edilib – red.) deyirlər, bunlar “taktiki nüvə silahları” adlanır.

Artilleriya

2S7 “Pion” kimi nüvə artilleriyası Soyuq Müharibə zamanı və ondan sonra inkişaf etdirilən qeyri-ənənəvi silahdır.

Nüvə bombardmançıları

Tu-95 və Tu-160-ın da daxil olduğu bu silahlar nüvə arsenalının ənənəvi dayağıdır, onlar hazırda keçmişdə olduğundan daha köhnə və daha az təhlükə yarada bilər, lakin onlar hələ də bu işi görməyə qadirdirlər. Rusiyada 16 ədəd Tu-160 var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin