Türkiyə Şimali Kiprə silah və hərbi kontingent göndərə bilər

2022/09/1664100004.jpg
Oxunub: 648     18:06     29 Sentyabr 2022    
Türkiyə Şimali Kipr Türk Respublikasına silah və hərbi kontingent göndərə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib bildirib.

O qeyd edib ki, bu qərar Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunun qaldırılmasına cavab olaraq atıla bilər.

“Mən Blinkenə, silahdan başqa verəcək bir şeyiniz yoxdurmu deyə soruşdum. Pul verin, ehtiyacları var. Niyə silah? Kimə qarşı verirsiz? Biz də nə edirik, Kipr türkünü qorumaq məqsədi ilə oraya daha çox ordu (güc) göndərəcəyik və silah olaraq da nəyə ehtiyacları var, onu qarşılayacağıq”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kiprs  


Bizi "telegram"da izləyin