İkinci dəfə İrəvana gedən KTMT Baş katibi Paşinyanla görüşə bilib

2022/09/63359-1664457758.jpg
Oxunub: 547     17:22     29 Sentyabr 2022    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Ordu.az xəbər verir ki, tərəflər KTMT missiyasının işi və regiondakı mövcud vəziyyəti müzakirə edib.

Qeyd edək ki, bu, KTMT Baş katibinin sentyabrda Ermənistana ikinci səfəridir. O, birinci səfər zamanı Paşinyanla görüşə bilməmişdi.

Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmaları araşdırmaq üçün təşkilatın missiyasını göndərmək haqqında qərar qəbul olunub. Qərara əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyət və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin