"Paşinyan və Ərdoğan yaxın gələcəkdə görüşə bilər" - Rubinyan

2022/01/96964-1643105826.jpg
Oxunub: 505     16:38     29 Sentyabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın gələcəkdə baş tuta bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.

“Belə bir görüş həqiqətən baş tuta bilər və gündəlik Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi olacaq. Bu mənada bizim mövqeyimizdə dəyişiklik yoxdur”, - Ruben Rubinyan Ermənistan Baş naziri Paşinyan və Türkiyə Prezidenti arasında yaxın günlərdə görüşün baş tutması ehtimalı və bu görüş olarsa, müzakirələrin mövzusunun nə olacağı barədə suala cavab verərkən qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin