Akar: Türkiyə Yunanıstanla anlaşılmazlıqları danışıqlar yolu ilə həll etmək istəyir

2022/07/sdfds-1657376240.jpg
Oxunub: 427     16:23     29 Sentyabr 2022    
“Yunanıstanla bəzi problemlər var və təəssüf olsun ki, daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Yunanıstanda bəlli siyasətçilər ölkələrini pis qonşu siyasətinə çəkir, Türkiyə isə bütüm problemlərin, həmçinin, Egey dənizindəki anlaşılmazlıqları danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

“Biz bunu hər fürsət olduqca deyirik. Lazımdırsa Türkiyəyə gəlsinlər, ya bizi dəvət etsinlər, gedək görüşək, problemləri həll edək. Türkiyə kimsə üçün təhdid, təhlükə deyil, güclü və etibarlı tərəfdaşdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin