Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

2022/09/63358-1664454118.jpg
Oxunub: 563     16:21     29 Sentyabr 2022    
Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.

Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Baş-Qərargah  


Bizi "telegram"da izləyin