“Hraparak”: Petrosyan bir zərbə ilə bütün tərəddüd edən insanları hakimiyyətin tərəfdarlarına çevirdi

2020/10/timth-1603530014.jpg
Oxunub: 750     16:37     29 Sentyabr 2022    
“Keçmiş prezidentlərin və katolikosların görüşlərinin davam etdiriləcəyini bəyan ediblər, lakin bu format hələ də o qədər kövrək və sarsıntılıdır ki, hər an uğursuzluğa düçar ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Levon Ter-Petrsoyan efirə çıxıb mübahisəli fikirlər səsləndirir.

“Onilliklər ərzində ictimaiyyət arasında qazandığınız inamdan necə vəhşicəsinə sui-istifadə edib, topladığınız kapitaldan - nüfuzunuzdan istifadə edərək nəticəsi məlum olmayan və uğuru təmin olunmayan bir prosesi dəstəkləmək olar?

Daxili siyasi proseslərə, ictimai əhval-ruhiyyəyə bu qədər diqqətsiz və vəhşicəsinə təsir etmək necə mümkündür? Aydındır ki, Ter-Petrosyanın çıxışı hadisələri müstəqil təhlil etmək qabiliyyətinə malik olmayan, Ter-Petrosyanın zəkasının danılmaz olduğu hər kəsə böyük təsir göstərəcək. Ter-Petrosyan bir zərbə ilə bütün tərəddüdlü insanları iqtidaryönlü şəxsə çevirdi və müxalifətə güclü zərbə endirdi”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Petrosyan  


Bizi "telegram"da izləyin